90 illik YUBILEY

Xalq rəssamı Vidadi Nərimanbəyovun 90 illik yubileyi münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində 15-20 iyul tarixlərində fərdi yaradıcılıq sərgisi keçirilir.


                                                              
15 iyul 2016-cı il tarixində saat 17:30-da sərginin açılış mərasimi keçirilib. Sərgidə sənətkarın muzey və qalereyalarda saxlanılan əsərlərindən əlavə, ailə kolleksiyasında olan əsərləri də nümayiş etdirilib. Yaradıcılığını müharibə və hərbi vətənpərvərlik mövzusuna həsr edən rəssamın sərgisində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Azərbaycanın xalq rəssamı, professor, tanınmış heykəltaraş Fuad Salayev, əməmkdar rəssam İsmayıl Məmmədov, xalq rəssamı Səlhab Məmmədov, digər incəsənət xadimləri, eləcə də rəssmın ailə üzvləri iştirak etmişlər. Rəsm əsərləri sənətsevərlər tərəfindən yüksək səviyyədə qiymətləndirilmişdir. 




















Комментариев нет:

Отправить комментарий