Şuşada
doğulan Vidadinin atası Fərman Nərimanbəyov Xalq Cümhuriyyəti dövründə Avopaya
təhsil almağa gedən 40 nəfərdən biri olmuşdur. Avropada təhsil alan, fransız
dilinə mükəmməl yiyələnən Fərman bəy elə Parisdə İrma Lya adlı xanımla tanış
olur, evlənir. Gənc ailə uzun zaman Fransada yaşayırlar. İlk övladları olan Vidadi
Nərimanbəyov 1926-ci ildə Fransanın Kann şəhərində anadan olmuşdur. İlk
addımlarını Kann şəhərində atan Vidadi, çox keçmir ki, 1929-cu ildə valideynləri
ilə doğma vətənə qayıdır. Böyük Vətən Müharibəsi Vidadinin ailəsinə də mənfi
təsir göstərir. Avropada təhsil almış azərbaycanlı vətəndaşların repressiya
qurbanı olması Vidadinin ailəsindən də yan keçmir. Fərman bəyi Rusiyanın Kolım
şəhərinə, həyat yoldaşı və övladları Vidadi və Toğrulu isə Özbəkistana sürgün
edirlər. Fərman bəyin illər sonra bəraət alması nəticəsində hər iki oğlu təhsil
alıb, təsviri incəsənət sahəsində ixtisaslarını təkmilləşdirmişlər .
Rəssamın
qızı Nigar xanım müsahibələrinin birində atasının hələ kiçik yaşlarından bu sənətə
necə meylli olduğunu bu fikirlə ifadə etmişdir: “Atam həmişə deyərdi ki, Anna
Andreyevna son pullarına fırça, boya və Toğrula həmişə alma alarmış. Almanı
yastığında gizlədərmiş ki, hər səhər onun üçün surpriz olsun. O, qardaşı
Toğrulun əlindən tutub pionerlər evindəki təsviri sənət dərnəyinə gedərmiş.
Qardaşına deyərmiş ki, biz səninlə böyük rəssam olub, öz valideynlərimizi
sevindirməliyik” .
Lakin həmin illərdə ailənin üstünü qara
buludlar alır. Gənc Vidadinin dincliyi, yeniyetmə çağları narahat, müharibə şəraitində
keçir. Gələcəyin tanınmış rəssamı olacaq bu gənc həmin illərdə “Nədir
günahımız?” adlı ilk əsərində müharibəyə olan nifrətini əks etdirmişdir. İllər
ötüb keçsə də , müharibə əzabları Vidadinin xatirində qalmışdır.
Vidadi bəy 2001-ci ildə vəfat edib.
Комментариев нет:
Отправить комментарий