Fransada dünyaya göz açan dahilər....
Ferdinan Viktor Ejen Delekrua (Ferdinand Victor Eugène Delacroix; 1798—1863) — fransız rəssamı, təsviri sənətdə romantizm cərəyanının yaradıcılarından biri. Ejen Delakrua Parisdə, 26 aprel 1798-ci ildə anadan olmuşdur.
Rəsmi olaraq Şarl Delakrua onun atası sayılsa da gəzən şaiyələrə görə o, 1814-1815-ci illərdə Byana konqresində Fransa nümayəndə heyətinin başçısı olmuş xarici işlər naziri Şarl Taleyranın nikahdan kənar oğludur.Böyük Lödoviq liseyində oxuyarkən Ejen rəssamlığa böyük maraq göstərmiş, klassik ədəbiyyat mövzusunda bilik və çəkmiş olduğu rəsmlərə görə mükafatlandırılmışdır. Ona bu istedadın anası Viktoriyadan keçmiş olması güman edilir. Rəssamlığa həvəsi onda dayısı oyatmışdır. O, hər dəfə dayısını Normandiyaya təbiət şəkilləri çəkmək üçün gedərkən müşayət edirdi.
Delakrua hələ gənc ikən valideynlərini itirdikdən sonra bacısının yanına gedir. Lakin bacısının pisləşən maddi durumu Ejeni oz taleyini özü düşünməsinə vader edir. O, Pyer Narsis Gerenin (1774-1833) emalatxanasında işləməyə başlayır. 1816-cı ildə Delakrua Gerenin dərs dediyi incəsənət məktəbində şagird olur və burada rəssamlığın sirlərinə, çəkmə texinikasına yiyələnir. Lakin onun üçün əsl ali məktəb Luvr və rəssam Teador Jeriko ilə tanışlıq olur.
Delakruanın ilk əsəri "Dante qalası" (1822) olmuşdur. Həmin dövrdə əsər bir o qədər də əhəmiyyət kəsb etməmişdir. Ona ilk uğuru 1824-cü ildə Yunanıstanın müstəqilliyi uğrunda gedən müharibəyə çəkmiş olduğu "Xios qətliamı" gətirmiş olur. Bodler bu əsəri tale və əzabın tükürpədici himni adlandırmışdır. Ejenin sonrakı əsəri "Sardanapalın ölümü" dövrünün tənqidçilərinə görə haray salır, hədələyir və allahın adından danışır. Delakrua 1830-cu ildə Burbonlar monarxiyasının bərpası rejiminə qarşı baş vermiş Böyük Fransa inqilabı motivləri əsasında "Azadlığa aparan xalq" əsərini yaratmışdır.
Marsel Düşan (Marcel Duchamp; 1887 – 2 oktyabr 1968) fransız-amerikan rəssam, heykəltaraş. Kubizm, konseptualizm,dadaizmlə bağlı bir neçə əsər müəllifidir. Düşanın adı Pablo Pikasso və Anri Matiss kimi sənətçilərlə birlikdə XX əsrin ilk onilliklərindəplastik incəsənətdə inqilabi inkişafı müdafiə edən üç sənətçidən biri kimi hörmətlə anılıb. Onun XX və XXI əsr incəsənətinə böyük təsiri olub.Düşanın ilk sənət əsərləri post-impressionizm üslubunda olur. O, klassik texnika və subyektləri sınaqdan keçirir. Həmin dövrlərdə onu nələrin ilhamlandırdığı haqda soruşulanda o, sənətə görünüşcə anti-akademik olmayan, lakin individual yanaşan simvolist rəssamOdilon Redonun əsərlərini vurğulayır.O, 1904-1905-ci illərdə Julian Akademiyasında incəsənət öyrənib, lakin bilyard oynamağı dərslərə getməkdən daha üstün tuturdu. Bu vaxt ərzində Düşan ədəbsiz yumorların əks olunduğu karikaturalar çəkib satırdı. Rəsmlərin çoxusunda söz cinaslarından (bəzən bir neçə dildə), görüntü qarşılaşdırmalarından və ya hər ikisindən birlikdə istifadə edirdi. Söz və simvollarla bu cür oynamaq sonradan bütün həyatında onun təsəvvürünü məşğul edir.
Pol Sezan (fr. Paul Cézanne) (tələffüz: pɔl sezan) (19 yanvar 1839, Eks-an-Provans - 22 oktyabr 1906, Eks-an-Provans) — fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi. Belə demək mümkündürsə, Pol Sezan impressionizmilə kubizm arasında körpü rolu oynamışdır. O, öz əsərlərində dizayn, rəng, ton və kompozisiya ustalığı nümayiş etdirir. Sezanın əsərlərində rəng üslubu təkrarolunmazdır.Pol Sezan 1839-cu il 19 yanvar Fransada yerləşən Eks-an-Provansda anadan olub.Onun soyadı Şimali İtaliyanın Pyemont əyalətində yerləşən Çezena şəhərindən götürülmüşdür. ol Sezan əvvəllər impressionizmə yaxınlaşmışdı. 1870-ci illərdən plenerdə işləməyə başlayan Sezan öz boyakarlıq sistemini yaratmışdır və bu dövrdən impressionizm ilə Sezan yaradıcılığı arasında ziddiyyət meydana gəlmişdi. Sezanı atmosferdə rənglərin dəyişkənliyi, ətraf mühitin dinamikası və işıq-kölgənin təsadüfi effektləri deyil, rəng münasibətlərinin sabit qanunauyğunluğu, təbiətin maddi dolğunluğu cəlb etmişdir ("Overdə edam edilmişin evi", 1872-1873, "Yolun döngəsi"; hər ikisi Paris şəhərində yerləşən İmpressionizm muzeyindədir). Sezanın istər portretlərində ("L.Giyom", 1879-1882, Vaşinqton şəhərində yerləşən Milli qalereyada saxlanılır) fiqurlu kompozisiyalarında ("Pyero və Arlekin", 1888,Moskva şəhərində yerləşən A.S.Puşkin adına Təsviri Sənət muzeyində saxlanılır), mənzərələrində ("Sent-Viktuar dağı", 1900, Sankt-Peterburq şəhərində yerləşən Ermitaj muzeyində saxlanılır), istərsə də, natürmortlarında təsvir etdiyi obyektlər sanki təbiət qüvvələrinin tarazlığını ifadə edir. Sezanın yaradıcılığı XX əsr boyakarlığına geniş təsir göstərmişdir.
Frederik Ogüst Bartoldi (fr. Frédéric Auguste Bartholdi; d. 2 avqust 1834, Kolmar – ö. 4 oktyabr 1904, Paris) — görkəmli fransız heykəltəraşı. Nyu-York limanında yerləşəm "Azadlıq heykəli" və Belfor şəhərindəki "Belfort şiri" abidələrinin müəllifidir (Fransa-Prussiya müharibəsi zamanı Belfort şəhərini qəhrəmancasına müdafiə etmiş sakinlərin xatirəsinə ucaldılmışdır). Bartoldi 1834-cü ilin 2 avqustunda, Fransanın Elzas bölgəsinin Kolmar şəhərində anadan olmuşdur. Atasının ölümündən sonra ailəsi Paris şəhərinə köçmüş, lakin maliyyə vəziyyətinin yaxşı olması Kolmar şəhərindəki evdə də qalmağa imkan verirdi. Həmin ev 1922-ci ildən muzey kimi fəaliyyət göstərir. Parisdə o, Milli incəsənət məktəbində memarlıq ilə bərabər, rəssamlıq dərsləri almışdır. Misirə uzun səyahət etdikdən sonra, Kolmar şəhərində memarlıq karyerasına başladı. Onun bu sahədə ilk işi general Jan Rappın xatirəsinə hazırladığı heykəldir.
Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883, Overni, Fransa - 10 yanvar 1971, Paris, Fransa) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib.Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı.
Jak-Lui David (30 avqust 1748 - 29 dekabr 1825), Neoklasik tərzi dizaynlarıyla tanınan sənət tarixinin ən əhəmiyyətli rəssamlarından biri idi. 1780-ci ildə, tarixi şəkilləriylə Rokoko tərzindən klassik bir dad ilə istifadə etdi.
Yoldaşı Maximilien de Robespierre ilə Fransız İnqilabının aktiv bir dəstəkçisi olan David, fransız Respublikasının aktiv bir sənət diktatoruydu. Robespierre'in devrilməsinə görə həbsə girən David, Napoleon dövründə imperiya tərzini istifadə etmiş və Venesiyarənglərinə əhəmiyyət vermişdir. Olduqca çox pərəstişkarı var idi və Fransız sənətinin 19. əsrdəki nümayəndəsi olmuşdu.
Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883, Overni, Fransa - 10 yanvar 1971, Paris, Fransa) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib.Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı.
O, 1910-cu ildə özünün geyim dükanını açır. Burada qadın şlyapaları satılırdı. 1912-ci ildə Koko Şanel özünün "Şanel Moda evi"ni açır. Amma Birinci dünya müharibəsi onun bu işini yarıda qoyur. Yalnız müharibədən sonra - 1919-cu ildə "Şanel Moda evi" fəaliyyətini bərpa edir.Onun başladığı bütün işlər uğurla nəticələnirdi. 1921-ci ildə "Chanel №5" ətirləri meydana çıxdı. Bu ətirlər həqiqətən ətriyyat aləmində yenilik idi. Dünyanın bir çox məşhurları, Jaklin Kennedi, Merlin Monro və başqaları hər zaman bu ətirdən istifadə edirdi. Bu Koko Şanel üçün çox böyük uğur idi.
Koko Şanel 88 il ömür yaşadı. Onu hələ sağlığında "moda aləminin filosofu" adlandırırdılar. XX əsrin qadın silueti Qabriel Şanel 1971-ci ilyanvarın 10-da Parisdə dünyasını dəyişdi.
Viktor-Mari Hüqo (fr. Victor Marie Hugo; 26 fevral 1802, Fransa- 22 may 1885, Fransa) — böyük fransız yazıçı, dramaturq, şair, publisist. Utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" (Les Contemplations) və "Əsrlərin əfsanəsi" (Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər" (Les Misérables, epopeya) və "Notrdam qozbeli" (Notre-Dame de Paris), "Edam məhkumunun son günü" romanlarıdır.- "Səfillər" epopeyası
Həyat gerçəkliyinin insan gözünə dirənməsi, yaxud da xoş nəğmələrlə ictimai depressiyanı cilalayan əsər. Əsərdə pak insan, fahişə, quldur, uşaq, qadınlıq, analıq, vətəndaşlıq, dövlət xadimi, süni tale və bu kimi abstrak cilovlu məhfumlar iliyinə kimi təhlil olunur. Hüqo özü də qeyd edirdi ki, o cəmiyyət tərəfindən atılmışları-cinayətkarları, fahişələri və s. müdafiə etmişdir.
Fransa siyasi həyatında da olduqca aktiv olan Hüqo gənclik illərində mühafizəkar meylli olsa da, sonralar siyasi sollara qoşulur və respublika ideyasının ən çılğın tərəfdarına çevrilir.
Əsərləri bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri və mədəni həyatda baş verən hadisələri canlandırır.
Комментариев нет:
Отправить комментарий