Nigar Nərimanbəyova

Azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın əsəri əfsanəvi sərgi salonu "Qrand Pale"də sərgiləndi

Fransanın əfsanəvi sərgi salonlarından olan Qrand Paledə 14 fevral 2017-ci ildə beynəlxalq Müasir İncəsənət sərgisinin açılışı baş tutmuşdur. Fransanın mədəniyyət və kommunikasiya Nazirliyinin dəstəyi ilə Fransa prezidenti Fransua Ollandın himayəsi altında keçirilən "Kapital 2017 en Art" beynəlxalq sərgisində dünyanın müxtəlif ölkələrindən 
2000-dən çox rəssam, heykəltaraş iştirak etmişdir. Həmyerlimiz, tanınmış rəssam Azərbaycan təsviri sənətinin tarixində ilk dəfə əfsanəvi «TOILE D OR» mükafatına layiq görülmüş Nigar Nərimanbəyova da beynəlxalq müsabiqədə iştirak etmişdir. Artıq 3 ildir ardıcıl olaraq sərgidə iştirak edən Nigar xanım bu il "Marionetka" əsərini sənətsevərlərə təqdim etmişdir. 
ART EN CAPITAL Sərgi özündə 4 müxtəlif salonu birləşdirir. Qeyd etmək lazımdır ki, günümüzədək sərgi salonunda bir çox dünya rəssamlarının əsərləri sərgilənmiş, tarixdə qalmışdır. Bunlara Van Qoq, Pol Sezan, Pol Qogen, Pol Sinyak, Jorj Sera, Mondrian, Modilyan və digər məşhur rəssamlar parlaq nümunədir. 
Azərbaycanı hər il təmsil edən Nigar xanım doğma vətənini Fransada uğurla təmsil etdiyi üçün qürur hissi keçirdiyini söyləyib.




P.S  Nigar xanıma uğurlarının davamlı olmasını arzulayırıq.






















Nigar Nərimanbəyova Fransada növbəti uğura imza atdı


Paris şəhərində yaşayıb, yaradan, Fransa müstəqil rəssamlarının məşhur Payız salonunun "TOILE D'OR" 2016 mükafatı laureatı Nigar Nərimanbəyova Azərbaycanı Fransanın paytaxtında keçirilən beynəlxalq müasir incəsənət sərgisində növbəti dəfə uğurla təmsil etmişdir. Belə ki, 27-29 yanvarda ən böyük və ən məşhur sərgi meydanı olan Porte de Versailles-də, məşhur beynəlxalq müasir incənət Art f3 sərgisi açılmışdır. N.Nərimanbəyova sərgidə özünün "Sevgi oyuncaqları" adlı əsərlər seriyası ilə çıxış etmişdir.Fransada təmsilçimiz olan rəssam "Mən növbəti qələbəmə - əfsanəvi art 3f sərgisində iştirak etməyimə çox sevinirəm. Burada mən Azərbaycanı təmsil etmişəm" sözlərini qeyd etmişdir.


Onun sözlərinə görə, rəsm əsərlərinin seçilməsi üçün tələblər olduqca yüksək idi, böyük münsif heyəti bu prosesə nəzarət edirdi. Nəticədə öz dəsti xətti olan və incəsənətdə yüksək ada layiq ən yaxşı rəssamlar, heykəltaraşlar seçildi. Sərgidə dünyanın ən yaxşı rəssamlarının 500-ə yaxın işləri nümayiş olunmuşdur. Bu müasir incəsənətdə yeni istiqamətlər və yeni tendensiyalar diktə edən incəsənət dalğası idi.
Mərasimdə dünya və Fransanın incəsənət elitası iştirak etmişdir. Sərgini heyrətamiz incəsənət anşlaqı hesab etmək olar. 
Nigar Nərimanbəyova tamaşaçılara 9 əsərini nümayi etdirib. Rəssamın sözlərinə görə, qonaqlar əsərlərə diqqətlə baxır, öz heyrətlərini gozlətmir və xoş sözlər deyirdilər.

Rəssamın əsərləri içərisində artıq hər kəs tərəfindən sevilən "Gəlincik", "Smutniy obyekt jelaniy", "İspoved Rusalki", "doç kaspiya" və s. var idi.
 
Nigar Nərimanbəyova əsərlərində ən çox qadına aid mövzulara- qadın taleyinin çətinliyi, sevgi və məyusluq, uçuş və eniş, ilahilik və sadəlik və s. müraciət etmişdir. 
29 yanvar-a qədər davam edən sərgidə Nigar Nərimanbəyovanı təmsil edən Fransa və Avropanın ən nüfuzlu sənət layihələrdə iştirak edən Fransanın Assosiasiyası "Stella Art International" dır.










Tədbir ilə əlaqədar dərc olunan materiallar:





________________ ___________ ____________ ______________ ____________ ____________ 











Azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın əsərləri beynəlxalq sərgidə sənətsevərlərin rəğbətini qazanıb
Belə ki, oktyabrın 21-də Parisdə Luvr muzeyinin “Karusel” qalereyasında 19-cu “Art Shopping” müasir incəsənət sərgisi açılıb. Sərgi çərçivəsində “Biznes-art salonu 2016” adlı beynəlxalq festival baş tutub.
Burada azərbaycanlı rəssam Nigar Nərimanbəyova Paris izləyicilərinə 10 əsərdən ibarət "Sevgi oyuncaqları" rəsm əsərləri seriyasını təqdim edib. Onların arasında "Marionet", "Qarışıq istək obyekti", "Nimfa öpüşü", "Xəzərin qızı", eləcə də bundan öncə "Toile D'or 2016" "Qızıl rəsm əsəri" müstəqil rəssamlar Salonunun əsas mükafatını alan "Adacio" rəsmi var. Rəsmlər inanılmaz uğur əldə edib, rəssam isə "Sehrli füsunkar kainat yaradılmasına görə" əfsanəvi Jorj Levinin imzaladığı "Biznes-art salonu 2016" mükafatını qazanıb.

Nigar Nərimanbəyovanın yaradıcılığını onun uzun illər üzvü olduğu "Stella Art İnterneşnl" fransız Assosiasiyası təqdim edib. Rəsmlər parislilər və şəhərin qonaqlarını öz nağıl, sehr dünyası və aktual qadın tematikası ilə heyran qoyub.
Qeyd edək ki, Nigar Nərimanbəyova Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini və Moskvada S.A. Qerasimova adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq İncəsənət Assosiasiyasının (IAA) üzvüdür. Çoxlu sayda respublika, ümumittifaq və beynəlxalq rəsm sərgilərinin iştirakçısıdır. Onun rəsmləri Azərbaycan Mədəniyyət və Turizm nazirliyi fondunda, ölkənin Dövlət incəsənət Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır. "Stella Art İnterneşnl" fransız assossiasiyasının üzvüdür. 
Rəssamın əsərləri Karusel salonunda 19-cu “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisinin ziyarətçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.




Sərgidə nümayiş olunan əsərləri təqdim edirik:








Sərgi ilə əlaqədar dərc olunan materiallar:


Mənbə: http://www.buro247.az/culture/art/nigar-n-rimanb-yova-biznes-art-salonu-2016-m-kafat.htm http://www.trend.az/life/culture/2680309.hthttp://www.trend.az/life/culture/2680309.html http://www.trend.az/life/culture/2680309.html  http://www.trend.az/life/culture/2680309.html  

http://moscow-baku.ru/news/culture/khudozhnitsa_nigyar_narimanbekova_nagrazhdena_prestizhnoy_premiey_luvra/  

https://report.az/ru/kulturnaya-politika/azerbajdzhanskaya-hudozhnica-nigyar-narimanbekova-udostoena-priza-v-parizhe/

http://ru.buro247.az/kultura/iskusstvo/nigyar-narimanbekova-udostoena-priza-salona-biznes.html

http://vzglyad.az/%D0%9D%D0%B8%D0%B3%D1%8F%D1%80_%D0%9D%D0%B0%D1%80%D0%B8%D0%BC%D0%B0%D0%BD%D0%B1%D0%B5%D0%BA%D0%BE%D0%B2%D0%B0_%D0%BD%D0%B0%D0%B3%D1%80%D0%B0%D0%B6%D0%B4%D0%B5%D0%BD%D0%B0_%D0%BF%D1%80%D0%B5%D1%81%D1%82%D0%B8%D0%B6%D0%BD%D0%BE%D0%B9_-72318-xeber.html#.WCC3AgAddU8.facebook

http://minval.az/news/123635397

http://www.trend.az/life/culture/2680309.html

http://ru.echo.az/?p=50247&_utl_t=fb




Nigar Nərimanbəyova “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” elan olunub

 Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur Payız Salonunun “TOİLE D'OR” ali mükafatını tanınmış azərbaycanlı rəssam Nigar Nərimanbəyovaya təqdim edib.
Azərbaycan xalq rəssamı Vidadi Nərimanbəyovun davamçısı olan Nigar Nərimanbəyova “Adajio” diptixinə görə bu nüfuzlu mükafata layiq görülüb. Bununla da o, “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusu qazanıb.
N.Nərimanbəyova bir neçə ildir Azərbaycanı böyük və irimiqyaslı ART EN CAPITAL layihəsində təmsil edir. Bu layihə Parisin əsas sərgi salonunda – Qrand Paledə Fransa Prezidenti Fransua Ollandın himayəsi ilə keçirilir.
ART EN CAPITAL-ın əsas və yeganə mükafatı olan TOİLE D'OR 1973-cü ildə Fransa Milli Mədəniyyət Federasiyası tərəfindən təsis edilib və əsərləri nümayiş olunan dünyanın çox sayda rəssamından yalnız birinə verilir. İlk dəfədir ki, azərbaycanlı rəssama təqdim edilən bu mükafata bu günə qədər müxtəlif ölkələrdən ancaq 36 rəssam layiq görülüb.
Müstəqil rəssamların Qrand Paledəki salonunda hər il 5 minə qədər rəsmlə 2 mindən artıq tanınmış rəssam iştirak edir. Zamanında bu salon Pol Sezan, Pol Qogen, Anri de Tuluz-Lotrek, Kamil Pissarro, Şaqal, Dali, Van Qoq, Modilyani, Brak, Miro, Düşan, Utrillo, Brauer kimi böyük rəssamlara şöhrət qazandırıb. 
Bu gün dünya miqyaslı rəssamların siyahısına qızıl hərflərlə azərbaycanlı Nigar Nərimanbəyovanın da adı yazılıb. Rəssamın bu qələbəsi müasir Azərbaycanın təsviri sənətinə böyük töhfədir.
Nigar Nərimanbəyova deyib: “Bu xəbərdən inanılmaz həyəcan keçirirəm! Sevincimin həddi-hüdudu yoxdur. Xoşbəxtəm ki, Azərbaycanı Avropanın dünya miqyaslı sənət meydançalarında ləyaqətlə təmsil edirəm, ölkəm barədə ən yaxşı tənqidçilər və sənətşünaslar söz açır. Bu inanılmaz uğurdur. İndi azərbaycanlı rəssamın adı Avropa və Fransada ən yaxşı rəssamların reyestrinə daxil oldu. Əlbəttə, bu, həm də yaradıcılığımın çoxsaylı pərəstişkarlarının xidmətidir. Onların sevgi və səmimiyyəti mənə həmişə ilham verir və məni xoşbəxt edir”.
Azərbaycanlı rəssamın rəsmləri uzun müddətdir ki, Avropa seyrçilərinin diqqət mərkəzindədir. Məşhur fransız sənətşünası, akademik Jan-Şarl Aşe Nigar Nərimanbəyovanın yaradıcılığını böyük Şaqalla müqayisə edərkən onun rəsmlərini “müasir incəsənətin şah əsərləri” adlandırıb.






"Увидеть Париж" с Нигяр Нариманбековой
Известный азербайджанский художник показывает своим подписчикам столицу Франции в оригинальном ракурсе
06.09.2016   КУЛЬТУРА



  "Увидеть Париж" с Нигяр Нариманбековой  
    СТАТЬИ НА ЭТУ ТЕМУ:
Известный азербайджанский художник, обладатель высшей награды знаменитого Осеннего салона независимых художников Франции TOILE D'OR - "Золотое полотно" Нигяр Нариманбекова показала своим подписчикам в социальной сети "Фейсбук" еще одну грань своего таланта.
Художник, чьими картинами сегодня восторгается вся Европа, предстала в роли рассказчика и решила показать своим поклонникам малознакомые для туристов уголки Парижа, которые, тем не менее, пользуются большой популярностью у самих парижан.
Ее выходы в "прямой эфир" на "Фейсбуке" полюбились многочисленным нодписчикам в одночасье. Поклонники засыпали художника словами благодарности за новый интерактивный проект и проявленный креатив, а многие стали даже "заказывать" виртуальные экскурсии по знаковым местам Парижа, мотивируя тем, что художник сопровождает свои репортажи очень интересными рассказами.
"Задумывая эти экскурсии, я хотела, чтобы моя любовь к Парижу передалась моим бакинским друзьям, и я очень рада, что подписчики оценили эту идею, их многочисленные комментарии и благодарность вдохновили меня, и я с радостью буду делиться своими репортажами и дальше", - прокомментировала художник вопрос корреспондента echo.az, связанный с ажиотажем вокруг этого спонтанного и увлекательного проекта.
Отметим, что Нигяр Нариманбекова уже представила поклонникам серию увлекательных репортажей как из знаковых мест Парижа, так и из красивейших уголков, которые мало знакомы рядовому туристу.
Помимо этого художник показала своей аудитории роскошь и изобилие парижских гастрономов, бутиков, а также самые интересные рестораны и кафе столицы любви, искусства и живописи.
"Экскурсия по Парижу с вами дала почувствовать достоинство этого народа", "Необыкновенные репортажи, мы словно прошлись вместе с вами", "Кто не был в Париже, побывал там благодаря вам", "Сидя удобно на диване, путешествую по Парижу с Нигяр Нариманбековой, неоценимая услуга, огромное вам спасибо", - вот лишь малая часть комментариев, которые оставляют пользователи соцсети под репортажами художника.
Что касается творческих новостей, то в ближайшее время состоится выставка Нигяр Нариманбековой в Лувре, где художник представит свою новую серию картин "Игрушки любви".
В июле в Баку в Азербайджанском национальном музее искусств состоялась выставка, посвященная 90-летию выдающегося художника Видади Нариманбекова, отца Нигяр.
Представленные работы были по достоинству оценены публикой, а сама выставка стала одним из главных культурных событий ушедшего лета. На открытии выставки присутствовали ректор Бакинского филиала Московского государственного университета, профессор Наргиз Пашаева, замминистра культуры и туризма Адалят Велиев, известный художник Алтай Садыхзаде, президент телекомпании Space и супруг Нигяр Нариманбековой Вагиф Мустафаев, дочь знаменитого азербайджанского художника Таира Салахова - Алагез Салахова, начальник секретариата - помощник президента Диляра Сеидзаде, известный азербайджанский скульптор- монументалист, народный художник, ректор Азербайджанской государственной академии художеств Омар Эльдаров, скульптор, народный художник, проректор Академии художеств Азербайджана Фуад Салаев, посол России в Азербайджане Владимир Дорохин, директор British Council Azerbaijan Элизабет Уайт, создатель, учредитель и вдохновитель Музея миниатюрной книги Зарифа Салахова, секретарь Союза художников Азербайджана Салхаб Мамедов, секретарь Союза художников Азербайджана Агали Ибрагимов, и мн. др.

1 комментарий: