Kim idi Nərimanbəyovların əsli-nəsli?
Toğrulun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub. Kiyevdə dərs deyirmiş. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Azərbaycana qayıdıb və Bakıda qubernator olub. Əmirbəy Nərimanbəyov Qarabağın tanınmış bəylərindən sayılırdı.
Əmirbəyin oğlu Fərman (Toğrulun atası) da Şuşada doğulub. Azərbaycan Xalq Cümnuriyyəti zamanında hökumət ölkənin gələcəyi naminə istedadlı gəncləri xaricə oxumağa göndərəndə Fərman Nərimanbəyov da Avropaya təhsil almağa gedən 40 nəfər arasında olub.
O, Tuluza Universitetinin mühəndis - elektrik ixtisasına qəbul olub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov bir fransız qızla da tanış olur. Və o, İrma Lya Rude alı bu dərzi-modelyer xanımla evlənir.
Gənc ailə xeyli müddət Fransada yaşayıb. Toğrulun böyük qardaşı Vidadi elə Avropada (Fransanın Kann şəhərində) dünyaya gəlib - 1926-cı ildə. Sonra onlar Tuluzadan Paris şəhərinə köçürlər.
1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır. Xanımı və 3 yaşlı oğlu ilə Bakıda yerləşən Fərman Nərimanbəyov tələbə yoldaşı olmuş elektrikləşmə naziri İslamzadənin köməyilə Mingəçevir SES-də işə düzəlir...
1930-cu il avqust ayının 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu Toğrul dünyaya gəlir.
Elmira Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişib.
Nigar Nərimanbəyova- Xalq rəssamı VİDADİ NƏRİMANBƏYOVUN qızıdır. O da atasının yolunu davam etdirərək, rəssamlıqla məşğul olur. Rəssamlıq peşəsinə necə gəlməsi haqda müsahibələrinin birində belə qeyd etmişdir: "mən sırf incəsənət mühitində böyümüşəno vaxtın tanınmış rəssamlarl,şairləri demək olar ki,hər gün bizdə qonaq olurdular.Onların arasında Tələt Şıxəliyev,Qorxmaz Əfəniyev,Müslim Abbasov,Fərhad Xəlilov,Səttar Bəhlulzadə,yazıçı Viktor Qolyavkin ,əmim Toğrul Nərimanbəyov və s.tanınmış şəxsiyyətlər olurdu.Axşam düşüncə atamın rəssam dostları məni çağırırdılar,çəkdiyim rəsmlərə baxırdılar.Böyük sənətkar Səttar Bəhlulzadə həmişə deyirdi ki,”Vidadi,sənin bu qızın böyük rəssam olacaq,onu bütün dünya tanıyacaq”Belə bir mühitdən qaynaqlanaraq mən də təhsilimi Moskvada Rəssamlıq Akademiyasında davam etdirdim.Həm də, cizgi filmlərinə eskiz verir,arada avtor silsilələri də yaradırdım.Diplom işim”Leyli və Məcnun” 25 taxta lövhənin üstündə qarışıq texnia ilə işlənmişdi.Bu əsərlər sonralar “Dekorativ İncəsənət”jurnalında çap edildi.Mənim böyük arzum 90-cı illərdə baş tutdu,Fransanın cənubunda ,nənəmin vətənində qardaşım və atamın köməkliyilə təntənəli bir sərgi açdıq.Sərgi böyük səs-küyə , alqışa səbəb oldu və silsilə olaraq Bordo,Şamye,Biaris,Kumye və başqa şəhərlərdə də nümayiş olundu.Əsərlərimin hər biri mənim hisslərimi,daxili aləmimi tərənnüm etrdirir.Düzdür,al-əlvan rəngləri sevirəm,amma yanında tünd soyuq kölgələrlə.Bununla mən demək istəyirəm ki,həttə çox işıqlı günəşli bir gündə də qara ləkələr ola bilər.Bu “Arlekin və balerina”,”Mexaniki sevgi”,”Qırılmış qanadlar” və başqa əsərlərimdə özünü əks etdirir.Mənim həqiqiətən sərgi proyektlərim çox böyükdür.Demək olar ildə 10 sərgi keçirirəm,müxtəlif yerlərdə.ART Biznes Salon 2013,2014,2015,Pier Karden mərkəzində Pier Kardenin xairəsinə,Monakoda şahzadə II Albertin xatirəsinə”Dünya rəssamları”,Kann şəhərində Marina Pikassonun xatirəsinə”Dünya rəssamları “,Fransanın prezidenti olmuş Fransua Orlandanın xatirəsinə keçrilən sərgi..deməklə bitməyən sərgilər və məkanlar..Xüsusilə Kannda keçirilən”Dunya rəssamları”sərgidsini qeyd etmək istərdim.Burda mən Pablo Pikassonun nəvəsi Marina Pikasso ilə görüşdüm.O,mənim əsərlərimdə möcüzəli işığı gördüyünü dedi.Bu və belə sərgilər mənə sonsuz sevinc və xoşbəxtlik bəxş edir."

Elə həmin il Toğrulun babası Əmirbəy kişi dünyasını dəyişir.
Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir.
Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar alır. Toğrulun atası o zaman Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır, onu həbs edib Sibirə sürgünə göndəirilər.
Ardınca 1941-ci ildə Fransa vətəndaşlığından çıxmayan Toğrulun anası İrma Lya Rude Bakıda həbs edilir. Ananı öz balalarından ayırırlar. İrma xanımı Özbəkistana - Səmərqəndə sürgün edirlər. Toğrulun anası düz 1961-ci ilə qədər sürgündə yaşamağa məcbur olur.

Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərirmanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildən isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alıb. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənməyə başlayır. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşüb.
Elə Toğrulun müxtəlif orqanlara etdiyi müraciətləri və gərgin mübarizəsi sayəsində anasına bəraət verirlər və o, Bakıya qayıtmağa müvəffəq olur.
Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən vətənə qayıda bilir.
Uşaqlıqdan çəkdiyi əziyyətlər, gördüyü ədalətsizliklər Toğrulun əzmkarlığını daha artırır və o, yaradıcılıq yolunda həmkarlarından fərqlənərək daha irəliyə gedə, zirvələrə qalxa bilir. 30 yaşında əməkdar, 33 yaşında isə xalq rəssamı adına layiq görülür. 1955-ci ildə keçmiş SSRİ Rəssamlar Birliyinin üzvü olan Toğrul Nərimanbəyov bu zaman artıq çoxlu orden və medallara layiq görülmüşdü.
Sonrakı illər Toğrulun həyatında yeni səhifələr açdı və o daha da məşhurlaşdı. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun "Nəsimi haqqında poema" baletinə verdiyi tərtibata görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1980-ci ildə Fikrət Əmirovun "Min bir gecə" baletinə verdiyi bədii tərtibata görə ikinci dəfə Dövlət mükafatı ilə təltif olunub.
Yüksək peşəkarlığa malik görkəmli rəssam təsviri sənətin bütün janrlarında uğurla çalışaraq uzun illər ərzində dolğun və səmərəli fəaliyyət göstərib. Onun mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. Nərimanbəyov dünyasını təcəssüm etdirən bənzərsiz lövhələr Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.
Hazırda dünyanın bir çox incəsənət muzeylərində, fondlarda Azərbaycan rəssamının əsərləri qorunub saxlanılır. Çexiyada, Rusiyada, Hindistanda, Fransada, Litvada, ABŞ-da və digər ölkələrdə Toğrul Nərimanbəyovun sərgiləri keçirilib.
Toğrul Nərimanbəyovun dediyinə görə, əslən fransız olan anası İrma Lya Rude də müasir incəsənəti dərindən bilirdi. Həm rəssamlığı, həm də modanı. Müsahibələrinin birində anası haqaında demişdi: "Moskvada Azərbaycan mədəniyyəti dekadası keçirilirdi. Hələ Stalinin vaxtında. Bülbül Koroğlu rolunda çıxış edirdi. Anam Qəmər Almaszadə ilə rəfiqə idi. Anam kostyumları hazırlamaqda köməklik göstərirdi".
Həyatının son dayanacağı kimi Azərbaycanı seçən İrma Lya Rude Bakıda, Yasamal qəbiristanlığında dəfn olunub. Elə Toğrulun qardaşı, xalq rəssamı Vidadi Nərimanbəyov da Yasamal qəbiristanlığında anasının yanında uyuyur.

Toğrul Nərimanbəyov iki dəfə ailə qurub. Onun birinci arvadı heykəltəraş Elmira Hüseynova olub. 1933-cü il təvəllüdlü Elmira Hüseynova Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (1954) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu (1960) bitirib. Heykəltəraşlığın məişət və portret janrlarında çalışırdı.
Görkəmli rəssam sonradan ikinci dəfə ailə həyatı qurub, musiqiçi Sevil Nəcəfzadə ilə. Bu evlilikdən rəssamın bir oğlu doğulub Fransua Nərimanbəyov. Oğlu Fransua atasının yolunu davam etdirə bilər, çünki o da rəssamlıqla məşğul olur.
Bu evlilikdən Toğrul Nərimanbəyovun bir qızı dünyaya gəlib - Əsmər Nərimanbəyova (o da atası kimi xalq rəssamıdır, hazırda Rəssamlıq Akademiyasının dosentidir).Elmira Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişib.
Bu evlilikdən rəssamın bir oğlu doğulub Fransua Nərimanbəyov. Oğlu Fransua atasının yolunu davam etdirə bilər, çünki o da rəssamlıqla məşğul olur.
2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın "İstiqlal" ordeni, 2010-cu ilin avqustunda isə "Şərəf" ordeni iıə təltif edilib. Rəssamın müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "İstiqlal" və "Şərəf" ordenlərinə layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir. Dövlət ona İçərişəhərdə emalatxana da vermişdi.
T.Nərimanbəyov ürək xəstəliyindən əziyyət çəkirdi. Ölümündən iki ay qabaq ürəyindən cərrahiyyə əməliyyatı keçirmişdi.
Dahi rəssam 2 iyun 2013-cü ildə Parisdəki Jorj Pompido adına hospitalda vəfat edib.
Əsmər Nərimanbəyova atası TOĞRUL NƏRİMANBƏYOV kimi bu sənətin tanınmış nümayəndələrindəndir. Rəssamən müxtəlif ölkələrdə sərgiləri təşkil olunur. Hal-hazırda Rəssamlıq Akademiyasının dosentidir. 8.04.2015 tarixində Parisin Vlll rayonundakı "Rus dünyası" qalereyasında "Qadın incəsənəti" (Femme art) Assosiasiyasının təşkilatçılığı ilə Türkiyədən, Kiprdən və Gürcüstandan olan qadın rəssamların əsərlərindən ibarət sərgi keçirilib. Sərgidə ölkəmizi əsərləri sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanan əməkdar rəssam Əsmər Nərimanbəyova təmsil edib.Sərgi dinamik xarakter daşımaqla yanaşı, mövzularının çalarlığına görə iştirakçılar tərəfindən maraqla qarşılanır. Sərgidə 50-yə yaxın rəsm əsəri nümayiş etdirilir. Onların arasında Ə.Nərimanbəyovanın yağlı boya ilə çəkdiyi əsərlər tamaşaçılar tərəfindən daha böyük maraqla qarşılanıb.
Əmirbəy Nərimanbəyov Nərimanbəyovlar nəslinin görkəmli nümayəndəsi, xalq rəssamı VİDADİ NƏRİMANBƏYOVUN oğludur. O, da atası kimi rəssamlıq sənətinin nümayəndəsidir. Gənc rəssamın əsərləri müxtəlif sərgilərdə nümayiş olunmuşdur.
Nigar Nərimanbəyova- Xalq rəssamı VİDADİ NƏRİMANBƏYOVUN qızıdır. O da atasının yolunu davam etdirərək, rəssamlıqla məşğul olur. Rəssamlıq peşəsinə necə gəlməsi haqda müsahibələrinin birində belə qeyd etmişdir: "mən sırf incəsənət mühitində böyümüşəno vaxtın tanınmış rəssamlarl,şairləri demək olar ki,hər gün bizdə qonaq olurdular.Onların arasında Tələt Şıxəliyev,Qorxmaz Əfəniyev,Müslim Abbasov,Fərhad Xəlilov,Səttar Bəhlulzadə,yazıçı Viktor Qolyavkin ,əmim Toğrul Nərimanbəyov və s.tanınmış şəxsiyyətlər olurdu.Axşam düşüncə atamın rəssam dostları məni çağırırdılar,çəkdiyim rəsmlərə baxırdılar.Böyük sənətkar Səttar Bəhlulzadə həmişə deyirdi ki,”Vidadi,sənin bu qızın böyük rəssam olacaq,onu bütün dünya tanıyacaq”Belə bir mühitdən qaynaqlanaraq mən də təhsilimi Moskvada Rəssamlıq Akademiyasında davam etdirdim.Həm də, cizgi filmlərinə eskiz verir,arada avtor silsilələri də yaradırdım.Diplom işim”Leyli və Məcnun” 25 taxta lövhənin üstündə qarışıq texnia ilə işlənmişdi.Bu əsərlər sonralar “Dekorativ İncəsənət”jurnalında çap edildi.Mənim böyük arzum 90-cı illərdə baş tutdu,Fransanın cənubunda ,nənəmin vətənində qardaşım və atamın köməkliyilə təntənəli bir sərgi açdıq.Sərgi böyük səs-küyə , alqışa səbəb oldu və silsilə olaraq Bordo,Şamye,Biaris,Kumye və başqa şəhərlərdə də nümayiş olundu.Əsərlərimin hər biri mənim hisslərimi,daxili aləmimi tərənnüm etrdirir.Düzdür,al-əlvan rəngləri sevirəm,amma yanında tünd soyuq kölgələrlə.Bununla mən demək istəyirəm ki,həttə çox işıqlı günəşli bir gündə də qara ləkələr ola bilər.Bu “Arlekin və balerina”,”Mexaniki sevgi”,”Qırılmış qanadlar” və başqa əsərlərimdə özünü əks etdirir.Mənim həqiqiətən sərgi proyektlərim çox böyükdür.Demək olar ildə 10 sərgi keçirirəm,müxtəlif yerlərdə.ART Biznes Salon 2013,2014,2015,Pier Karden mərkəzində Pier Kardenin xairəsinə,Monakoda şahzadə II Albertin xatirəsinə”Dünya rəssamları”,Kann şəhərində Marina Pikassonun xatirəsinə”Dünya rəssamları “,Fransanın prezidenti olmuş Fransua Orlandanın xatirəsinə keçrilən sərgi..deməklə bitməyən sərgilər və məkanlar..Xüsusilə Kannda keçirilən”Dunya rəssamları”sərgidsini qeyd etmək istərdim.Burda mən Pablo Pikassonun nəvəsi Marina Pikasso ilə görüşdüm.O,mənim əsərlərimdə möcüzəli işığı gördüyünü dedi.Bu və belə sərgilər mənə sonsuz sevinc və xoşbəxtlik bəxş edir."
http://www.hurriyet.az/archives/67535
Nigar Nərimanbəyova “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” elan olunub
Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur Payız Salonunun “TOİLE D'OR” ali mükafatını tanınmış azərbaycanlı rəssam Nigar Nərimanbəyovaya təqdim edib.
Azərbaycan xalq rəssamı Vidadi Nərimanbəyovun davamçısı olan Nigar Nərimanbəyova “Adajio” diptixinə görə bu nüfuzlu mükafata layiq görülüb. Bununla da o, “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusu qazanıb.
N.Nərimanbəyova bir neçə ildir Azərbaycanı böyük və irimiqyaslı ART EN CAPITAL layihəsində təmsil edir. Bu layihə Parisin əsas sərgi salonunda – Qrand Paledə Fransa Prezidenti Fransua Ollandın himayəsi ilə keçirilir.
ART EN CAPITAL-ın əsas və yeganə mükafatı olan TOİLE D'OR 1973-cü ildə Fransa Milli Mədəniyyət Federasiyası tərəfindən təsis edilib və əsərləri nümayiş olunan dünyanın çox sayda rəssamından yalnız birinə verilir. İlk dəfədir ki, azərbaycanlı rəssama təqdim edilən bu mükafata bu günə qədər müxtəlif ölkələrdən ancaq 36 rəssam layiq görülüb.
Müstəqil rəssamların Qrand Paledəki salonunda hər il 5 minə qədər rəsmlə 2 mindən artıq tanınmış rəssam iştirak edir. Zamanında bu salon Pol Sezan, Pol Qogen, Anri de Tuluz-Lotrek, Kamil Pissarro, Şaqal, Dali, Van Qoq, Modilyani, Brak, Miro, Düşan, Utrillo, Brauer kimi böyük rəssamlara şöhrət qazandırıb.
Bu gün dünya miqyaslı rəssamların siyahısına qızıl hərflərlə azərbaycanlı Nigar Nərimanbəyovanın da adı yazılıb. Rəssamın bu qələbəsi müasir Azərbaycanın təsviri sənətinə böyük töhfədir.
Nigar Nərimanbəyova deyib: “Bu xəbərdən inanılmaz həyəcan keçirirəm! Sevincimin həddi-hüdudu yoxdur. Xoşbəxtəm ki, Azərbaycanı Avropanın dünya miqyaslı sənət meydançalarında ləyaqətlə təmsil edirəm, ölkəm barədə ən yaxşı tənqidçilər və sənətşünaslar söz açır. Bu inanılmaz uğurdur. İndi azərbaycanlı rəssamın adı Avropa və Fransada ən yaxşı rəssamların reyestrinə daxil oldu. Əlbəttə, bu, həm də yaradıcılığımın çoxsaylı pərəstişkarlarının xidmətidir. Onların sevgi və səmimiyyəti mənə həmişə ilham verir və məni xoşbəxt edir”.
Azərbaycanlı rəssamın rəsmləri uzun müddətdir ki, Avropa seyrçilərinin diqqət mərkəzindədir. Məşhur fransız sənətşünası, akademik Jan-Şarl Aşe Nigar Nərimanbəyovanın yaradıcılığını böyük Şaqalla müqayisə edərkən onun rəsmlərini “müasir incəsənətin şah əsərləri” adlandırıb.
"Увидеть Париж" с Нигяр Нариманбековой
Известный азербайджанский художник показывает своим подписчикам столицу Франции в оригинальном ракурсе
06.09.2016 КУЛЬТУРА |
"Увидеть Париж" с Нигяр Нариманбековой
|
СТАТЬИ НА ЭТУ ТЕМУ: |
Известный азербайджанский художник, обладатель высшей награды знаменитого Осеннего салона независимых художников Франции TOILE D'OR - "Золотое полотно" Нигяр Нариманбекова показала своим подписчикам в социальной сети "Фейсбук" еще одну грань своего таланта.
Художник, чьими картинами сегодня восторгается вся Европа, предстала в роли рассказчика и решила показать своим поклонникам малознакомые для туристов уголки Парижа, которые, тем не менее, пользуются большой популярностью у самих парижан.
Ее выходы в "прямой эфир" на "Фейсбуке" полюбились многочисленным нодписчикам в одночасье. Поклонники засыпали художника словами благодарности за новый интерактивный проект и проявленный креатив, а многие стали даже "заказывать" виртуальные экскурсии по знаковым местам Парижа, мотивируя тем, что художник сопровождает свои репортажи очень интересными рассказами.
"Задумывая эти экскурсии, я хотела, чтобы моя любовь к Парижу передалась моим бакинским друзьям, и я очень рада, что подписчики оценили эту идею, их многочисленные комментарии и благодарность вдохновили меня, и я с радостью буду делиться своими репортажами и дальше", - прокомментировала художник вопрос корреспондента echo.az, связанный с ажиотажем вокруг этого спонтанного и увлекательного проекта.
Отметим, что Нигяр Нариманбекова уже представила поклонникам серию увлекательных репортажей как из знаковых мест Парижа, так и из красивейших уголков, которые мало знакомы рядовому туристу.
Помимо этого художник показала своей аудитории роскошь и изобилие парижских гастрономов, бутиков, а также самые интересные рестораны и кафе столицы любви, искусства и живописи.
"Экскурсия по Парижу с вами дала почувствовать достоинство этого народа", "Необыкновенные репортажи, мы словно прошлись вместе с вами", "Кто не был в Париже, побывал там благодаря вам", "Сидя удобно на диване, путешествую по Парижу с Нигяр Нариманбековой, неоценимая услуга, огромное вам спасибо", - вот лишь малая часть комментариев, которые оставляют пользователи соцсети под репортажами художника.
Что касается творческих новостей, то в ближайшее время состоится выставка Нигяр Нариманбековой в Лувре, где художник представит свою новую серию картин "Игрушки любви".
В июле в Баку в Азербайджанском национальном музее искусств состоялась выставка, посвященная 90-летию выдающегося художника Видади Нариманбекова, отца Нигяр.
Представленные работы были по достоинству оценены публикой, а сама выставка стала одним из главных культурных событий ушедшего лета. На открытии выставки присутствовали ректор Бакинского филиала Московского государственного университета, профессор Наргиз Пашаева, замминистра культуры и туризма Адалят Велиев, известный художник Алтай Садыхзаде, президент телекомпании Space и супруг Нигяр Нариманбековой Вагиф Мустафаев, дочь знаменитого азербайджанского художника Таира Салахова - Алагез Салахова, начальник секретариата - помощник президента Диляра Сеидзаде, известный азербайджанский скульптор- монументалист, народный художник, ректор Азербайджанской государственной академии художеств Омар Эльдаров, скульптор, народный художник, проректор Академии художеств Азербайджана Фуад Салаев, посол России в Азербайджане Владимир Дорохин, директор British Council Azerbaijan Элизабет Уайт, создатель, учредитель и вдохновитель Музея миниатюрной книги Зарифа Салахова, секретарь Союза художников Азербайджана Салхаб Мамедов, секретарь Союза художников Азербайджана Агали Ибрагимов, и мн. др.
Комментариев нет:
Отправить комментарий